• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın TRACECA-dan əldə etdiyi gəlir artıb

Azərbaycanın TRACECA-dan əldə etdiyi gəlir artıb
30.08.2022 12:27
Azərbaycanın Avrasiya Nəqliyyat Dəhlizi (TRACECA) çərçivəsində yüklərin daşınmasından əldə etdiyi gəlir 2022-ci ilin birinci yarısında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 24,7% artaraq 347 milyon 622,6 min manata (cari məzənnə ilə 204,5 milyon dollar) çatıb. Bu barədə  Nazirlər Kabineti məlumat verib. 

Eyni zamanda, Azərbaycanın hesabat dövründə bu nəqliyyat dəhlizi ilə tranzit yüklərin daşınmasından əldə etdiyi gəlir 38,2% artaraq 143 milyon 878,3 min manat (84,6 milyon dollar) təşkil edib.

2022-ci ilin yanvar-iyununda Azərbaycanın Avrasiya nəqliyyat dəhlizi ilə sərnişindaşımalardan əldə etdiyi gəlir 37,4% artaraq 20 milyon 215,3 min manat (11,9 milyon dollar) təşkil edib.

2022-ci ilin birinci yarısında TRACECA çərçivəsində Azərbaycan ərazisindən yükdaşımaların həcmi 24 milyon 253,5 min ton (artım 19,3%) təşkil edib. Hesabat dövründə dəhlizlə daşınan tranzit yüklərin xüsusi çəkisi 6 milyon 621,5 min ton (artım 42,3%) təşkil edib. Hesabat dövründə TRASEKA çərçivəsində Azərbaycan ərazisindən sərnişindaşımaların həcmi 50 milyon 825,3 min nəfər (artım 46,1%) təşkil edib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Aİ TRASEKA Proqramı) Frankfurt (Almaniya) ilə Şanxayı birləşdirir.

Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan bu proqramın iştirakçılarıdır.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol