• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qeyri-neft ixracı 19% artırıb

Azərbaycanda qeyri-neft ixracı 19% artırıb
07.09.2022 14:06
2022-ci ilin yanvar-avqustunda  Azərbaycandan qeyri-neft ixracı 1,9 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb. 


Mərkəzin məlumatına görə, hesabat dövründə kənd təsərrüfatı məhsullarının ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 537,8 milyon dollar təşkil edib.


8 ayda kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan düzəldilən məmulatların ixracı 66%, qara metallar və onlardan düzələn məmulatların ixracı 21,1% artıb.


2022-ci ilin avqustunda Azərbaycandan ixracın ümumi həcmi 3,7 milyard dollar təşkil edib. Qeyri-neft sektorunda ixrac 11,5% azalaraq 204 milyon dollar olub. 2022-ci ilin avqustunda ərzaq məhsullarının ixracı 21,5% artaraq  46 ,6 milyon dollar təşkil edib. Qeyri-ərzaq məhsulları ixracı isə  18,1% azalaraq 157,4 milyon dollara düşüb.


Ümumilikdə, 2022-ci ilin yanvar-avqustunda Azərbaycanın ixracı 26,2 milyard dollar təşkil edib.


2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi rekord həddə - 2,7 milyard dollara çatıb ki, bu da 2020-ci illə müqayisədə 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollar kimi yüksələcək.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol