• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı telefonlarında internet olacaq

Bakı telefonlarında internet olacaq
15.04.2014 15:10
Bakıda taksofonları Wi-Fi funksiyası və nəqliyyat kartlarının yüklənməsi ilə təhiz etmək planlaşdırılır. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyindən deyiblər.İB-dən bildiriblər ki, dövlət operatoru Nəqliyyat Nazirliyinin mövcud layihə üzrə təkliflərinə baxmağa və adıçəkilən qurumun icazəsini aldıqdan sonra texniki və təşkilati məsələləri həll etməyə hazırdır.Birlikdən qeyd ediblər ki, bundan başqa, universal taksofonlara Wi-Fi internetə çıxış və ödənişlərin qəbulu kimi əlavə funksiyalar əlavə oluna bilər.İB 2012-ci ilin əvvəlində Bakı ərazisində multimedia taksofonların quraşdırılmasına başlayıb. Taksofonlar vasitəsilə xidmətlər həm qəpik, həm də operatorun telefon kartlarından istifadə edilməklə göstərilir.Digər tərəfdən, qurğularda zəruri sorğu kitabçası, şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə informasiya təqdim olunub.Paytaxtda quraşdırılmış multimedia taksofonların sayı təqribən 100 ədəddir. Qurğular Bakının mərkəzi küçələrində və insanların daha sıx olduğu yerlərdə quraşdırılıb.Bu qurğuların üstünlüklərindən biri səs rabitəsindən başqa, informasiya xidmətlərinin göstərilməsidir. Multimedia taksofonu kompüter və taksofonun funksiyalarını biləşdirən aparatdır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol