• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF ABŞ dolları ilə investisiya portfelini artırıb

ARDNF  ABŞ dolları ilə investisiya portfelini artırıb
26.10.2022 15:55
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hələ də aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və ABŞ valyutasında aktivlərin payı 70,8% təşkil edib, Azərbaycan Dövlət Neft Fondunun məlumatında deyilir.

2022-ci il  sentyabrın 30-u tarixinə ARDNF-nin aktivləri 45 milyard 386,35 milyon ABŞ dolları təşkil edib ki, bunun da  0,43 milyon-u Azərbaycan manatında, qalanı isə digər valyutalarda ekvivalentdir.

Dövlət Neft Fondunun investisiya portfeli sentyabrın sonuna 45 milyard 385,92 milyon dollar təşkil edib.

Eyni zamanda, investisiya portfelinin  70,8%-i ABŞ dollarında (2021-ci ilin sonunda - 69%), 19%-i avroda (2021-ci ilin sonunda - 19,5%), 4,7%-i - funt sterlinqlə (2021-ci ilin sonunda - 5,1%), 0,6% - Avstraliya dolları (2021-ci ilin sonunda - 0,6%), 0,4% - türk lirəsi (2021-ci ilin sonunda - 0,4%), 0,4% - Rusiya rubl (2021-ci ilin sonunda - 0,6%), 1,2% - Çin yuanı (2021-ci ilin sonunda - 1,3%), 1,1% - Yapon yeni (2021-ci ilin sonunda - 1,4%), 1,8% - ildə digər valyutalardadır (2021-ci ilin sonunda - 2,1%).

Fondun məlumatına görə, ARDNF-nin investisiya portfelinin 30,7%-i Şimali Amerikada (2021-ci ilin sonunda - 29,3%), 29,2%-i Avropa ölkələrində (2021-ci ilin sonunda - 28,2%), 20,2%-i isə Asiya ölkələrində, qalanları - digər regionlarda yerləşdirilib. 

Məlumata görə, fondun investisiya portfelinin 62,9%-i istiqrazlarda və pul bazarı alətlərində (2021-ci ilin sonuna - 61,8%), 18,7%-i səhmlərdə (2021-ci ilin sonuna - 19%), 6,4%-i - daşınmaz əmlak (2021-ci ilin sonunda - 6,1%)-da yerləşdirilib.  Qızılın portfelsə payı payı 12% (2021-ci ilin sonunda - 13,1%) təşkil edib ki, bu da 101,8 ton qızıla (2021-ci ilin sonunda - 101,8 ton) ekvivalentdir.

Fonddan verilən məlumata görə, ARDNF-nin vəsaitlərinin 96,6%-i yüksək reytinqli A, AA və AAA aktivlərində yerləşdirilib.

Azərbaycan Neft Fonduna neft və qaz müqavilələrinin həyata keçirilməsindən əldə edilən pullar akkumilyasiya olunub. 

N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol