• $
  • €
  • ₽
  • ₺
  • £

Azexport.az vasitəsilə sifarişlər 3% azalıb

Azexport.az vasitəsilə sifarişlər 3% azalıb
31.10.2022 15:39
Azərbaycan ixracatçıları 9 ayda Azexport.az vasitəsilə 356 milyon dollarlıq sifariş alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
 
"2022-ci ilin yanvar-sentyabrının yekunlarına əsasən, Azərbaycan istehsalçıları Azexport.az portalı vasitəsilə ümumi məbləği 356,3 milyon ABŞ dolları məbləğində məhsul ixracına dair sifarişlər alıb",  - məlumatda deyilir.

2021-ci ilin 9 ayı ərzində Azexport.az vasitəsilə sahibkarlara 367,6 milyon ABŞ dolları məbləğində sifarişlər daxil olub.

Yanvarda sifarişlərin həcmi 45,2 milyon dollar, fevralda 38,7 milyon dollar, martda 48,7 milyon dollar, apreldə 30,1 milyon dollar, mayda 52,3 milyon dollar, iyunda - 33,4 milyon dollar, iyulda - 40 milyon, avqustda - 32,8 milyon, sentyabrda - 35,1 milyon dollar olub. 

2021-ci ildə Azexport.az portalı vasitəsilə məhsulların ixracına daxil olan sifarişlər 496,1 milyon ABŞ dolları təşkil edib və 2020-ci illə müqayisədə 18,8% azalıb.

Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabrında Azexport.az portalını istifadəyə verib. Bütün fəaliyyət dövründə Azərbaycan istehsalçıları portal vasitəsilə ümumi məbləği 3 milyard 5 milyon ABŞ dolları məbləğində məhsul ixracına dair sifarişlər alıb.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol