• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan avrobondların bir qismini geri alıb

Azərbaycan avrobondların bir qismini geri alıb
09.12.2022 20:50
2022-ci il noyabrın 30-dan dekabrın 12-dək Maliyyə Nazirliyinin Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən beynəlxalq maliyyə bazarlarında ticarət olunan və 2024-cü ildə geri qaytarılması nəzərdə tutulan 1 milyard 250 milyon ABŞ dolları məbləğində Azərbaycan Respublikasının xarici valyuta nominallı dövlət istiqrazlarının (avrobond) 350 milyon ABŞ dolları həcmində olan hissəsi vaxtından əvvəl geri alınması əqdi başa çatdırılıb.
 
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
 
Məlumata görə, 350 milyon dollar məbləğində xarici valyutada ifadə olunmuş istiqrazlar nominal dəyərindən aşağı qiymətə alınıb.
 
Avrobondların geri alınması əqdi Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan hədəflərə – xarici valyutada ifadə olunmuş borcun ümumi borc portfelində xüsusi çəkisinin azaldılmasını və müvafiq olaraq milli valyutada ifadə olunmuş borcun artırılması hədəfinin reallaşdırılması istiqamətində atılan addımdır

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol