• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü
20.12.2022 14:21
"Nar”ın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən "Jest dili” layihəsi "NETTY 2022” milli internet mükafatına layiq görüldü. Jestdili.az Azərbaycan dilində ilk onlayn işarə dili lüğəti kimi "Elm, Təhsil və İnnovasiyalar” nominasiyası üzrə ən yaxşı layihə seçildi.

Onlayn jest dili lüğəti Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) "Sosial layihələr” müsabiqəsinin qalibi olan "Doğma jest dili” layihəsi çərçivəsində "Nar”ın maliyyə dəstəyi və "Karlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanıb.

Final mərasimində mükafatı qəbul edən "Azerfon” MMC-nin ("Nar” brendi) İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Əziz Axundov bildirib: "Müştəri yönümlü mobil operator olaraq, fəaliyyətimiz hər kəs üçün yüksək keyfiyyətli mobil xidmətlər təmin etməklə məhdudlaşmır; "Nar” həm də sosial layihələr vasitəsilə cəmiyyətin həyatına müsbət dəyər qatır. Jest dili layihəsi eşitmə məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, gündəlik həyatlarını daha da rahat edir.”

Jestdili.az veb resursu təxminən 3 minə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videolarını ehtiva edir. Layihənin əsas məqsədi eşitmə məhdudiyyətli insanların sosiallaşmasını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Həmçinin, geniş tərkibli vahid lüğətin yaranması ilə jest dilinin standartlaşması prosesi asanlaşır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol