• $
  • €
  • ₽
  • ₺
  • £

“Həmrəy olaq, qəlbləri sevindirək!”

“Həmrəy olaq, qəlbləri sevindirək!”
28.12.2022 10:50
"Azercell Könüllüləri” Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb

Hər il olduğu kimi, bu il də "Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib.

Könüllülər "Həmrəy olaq, qəlbləri sevindirək!” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsi şəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək, onların övladlarını sevindiriblər. Xeyriyyə tədbiri müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid uşaqları əhatə edib. Könüllülər, Azercell şirkətinin əməkdaşları və onlara dəstək verən dostların köməyilə 200-ə yaxın uşağa hədiyyə təqdim ediblər.

Bundan əlavə, SOS Uşaq Kəndlərində 100-ə yaxın uşaqla görüşən "Azercell Könüllüləri”, onlarla birgə bütün gün keçirib, bayram sevinci yaşadıblar. 

"Həmrəy olaq, qəlbləri sevindirək!” aksiyası Azərbaycanın bir çox bölgəsində, o cümlədən işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndində də reallaşdırılıb.  

"Azercell Könüllüləri” öz fəaliyyətlərini tək bayramlarda deyil, il ərzində müxtəlif xeyirxah təşəbbüslər çərçivəsində davam etdirirlər. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol