• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neft hasilatı azalacaq

Azərbaycanda neft hasilatı azalacaq
09.01.2023 16:24
Azərbaycan hökuməti 2026-cı ildə ölkədə neft hasilatını 30 milyon 274,3 min ton səviyyəsində proqnozlaşdırır ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 3% azdır. Bu barədə Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsi haqqında qanun layihəsində məlumat verilir. 

Hökumətin 2023-2026-cı illər üçün neft və qaz hasilatı üzrə proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda neft hasilatı 31 milyon 222,3 min ton, 2024-cü ildə 30 milyon 649,7 min ton, 2025-ci ildə - 30 milyon 695,4 min ton, 2026-cı ildə - 30 milyon 274,3 min ton təşkil edəcək. 

Beləliklə, 2023-2026-cı illər üçün neft hasilatı 3% azalacaq. 

2022-ci ilin sonunda ölkədə neft hasilatı 32,7 milyon ton səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabrında Azərbaycanda qaz kondensatı ilə birgə neft hasilatı 29 milyon 911,9 min ton təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azdır.

2021-ci ildə Azərbaycanda qaz kondensatı ilə bir neft hasilatı 34 milyon 580,7 min ton (2020-ci illə müqayisədə 0,1% artım) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol