• $
  • €
  • ₽
  • ₺
  • £

Qaz qovşağı ilə bağlı keçiriləcək sammitin günü bəlli oldu

Qaz qovşağı ilə bağlı keçiriləcək sammitin günü bəlli oldu
09.02.2023 18:41
Türkiyə qaz qovşağının yaradılması ilə bağlı sammitin keçirilməsi vaxtı fevralın  14-15-dən  fevralın 21-22 -ə təxirə salınıb. Buna səbəb Türkiyədə baş verən zəlzələ olub.Bu barədə məlumatlı mənbələrdən İnterfax agentliyinə bildirilib.  

İstanbulda keçiriləcək qaz sammitinin Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiyada "mavi yanacaq” istehsal edən ölkələrin, eləcə də Avropadan olan istehlakçıların iştirakı nəzərdə tutulub. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih DönməzDmitri Peskov da  Bakıda jurnalistlərə bildirib. 
 
Bu arada Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da  Türkiyədə qaz qovşağının yaradılması məsələsinin müzakirəsinin zəlzələ səbəbindən gecikə biləcəyini deyib. 

O bildirib ki, Türkiyədə baş verən güclü zəlzələ bu ölkədə qaz qovşağının yaradılmasını gecikdirə bilər, lakin layihə həyata keçiriləcək.

"Əlbəttə, indi qaz qovşağı layihəsi Türkiyə Respublikası üçün prioritet ola bilməz, biz buna anlayışla yanaşırıq. Müvafiq olaraq, bir növ gecikmə ola bilər", - Dmitri Peskov cümə axşamı jurnalistlərə Türkiyədə baş verən zəlzələnin layihənin həyata keçirilməsini necə təsir edə biləcəyi sualını cavablandırarkən deyib. 

"Biz şübhə etmirik ki, Türkiyə bu fəlakətin öhdəsindən gələcək, zərərçəkənlərə bütün lazımi yardımı göstərəcək və dağılmış şəhərləri bərpa edəcək”, - Peskov əlavə edib.

"Buna görə də, bəli, qaz qovşağının yaradılması bir az gecikə bilər, amma əslində bu, planların həyata keçirilməsinə təsir etməyəcək", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.
 
Türkiyə qaz qovşağının yaradılması təklifi ilə keçən il çıxış edib. Bu qovşaq bir neçə ölkədən qazın alınmasını və Avropaya nəqlini təmin etməyi nəzərdə tutur. 

N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol