Fermerlərə nə qədər kredit veriləcək?

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti bu il fermerlərə 20 mln. manat kreditin verilməsi nəzərdə tutulub.Bunu “APA-Economics”ə agentliyin baş direktorun müavini Abbas Qaracayev bildirib. “Bu vəsaitin 15 mln. manatı (75%-i) əvvəlki illərdə verilmiş kreditlər hesabına veriləcək”, - deyə A. Qaracayev bildirib.Onun sözlərinə görə, agentlik tərəfindən 2007-ci ildən bu vaxta kimi 2 059 nəfərə dövlət büdcəsindən ayrılan və əvvəlki illərdə verilmiş kreditlər hesabına 85 mln. manat həcmində kredit verilib: “Onun 56 mln. manatı büdcədən ayrılıb. Qalan hissəsi əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına olub”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















