• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” qurğularında mühüm yenilik

“Apple” qurğularında mühüm yenilik
28.03.2014 20:24

“Microsoft” korporasiyası San-Fransiskoda keçirilən təqdimatda “iPad” planşet kompüterinin displeyinə uyğunlaşdırılmış “Office” ofis əlavələr paketini nümayiş etdirib.

Paketin tərkibinə üç proqram – “Word” mətn redaktoru, “Excel” cədvəli və təqdimatların yaradılması üçün “PowerPoint” daxildir. Dəsti artıq indidən “App Store” əlavələr mağazasından yükləmək mümkündür.

“iPad” üçün əlavənin hər birinin tutumu 215—260 meqabayt təşkil edir. Sənədləri qurğunun həm daxili yaddaşında, həm də “OneDrive” fayl saxlancında saxlamaq olar.

Planşet üçün ofis dəsti demək olar, onun masaüstü kompüterlər üçün nəzərdə tutulan versiyasından fərqlənmir. Belə ki, istifadəçilər eyni interfeys və elementlərlə qarşılaşacaqlar. Bundan əlavə, diaqram, “SmartArt” qrafik elementləri, haşiyə və tənləşməni qoymaq, formul,  sparklayn (vərəqin xanalarında məlumatları vizual təqdim edən kiçik diaqramlar) və şərti formatlama vasitəsilə adi hesablamalar aparmaq mümkündür. Paketdə həmçinin bir sənəd üzərində bir neçə istifadəçinin işinin dəstəklənməsi həyata keçirilib.

Qeyd edək ki, bu il “Mac” kompüterləri üçün yeni “Office” paketinin buraxılması da gözlənilir. Bu məlumatı bir neçə gün əvvəl “Microsoft” korporasiyasının rəsmi nümayəndəsi təsdiq edib. “Mac” kompüterləri üçün paketin son versiyası 2010-cu ilin oktyabrında buraxılan "Office 2011” proqramıdır, - “Vesti” www.vesti.ru yazır.  

İCT

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol