“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

Mobil operator "Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqladı. 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran "Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb.
2022-ci ildə müxtəlif sorğularla "Nar” mərkəzlərini ziyarət edənlərin 98.6%-i göstərilmiş xidmətdən məmnun qalıblar. Ötən ilin hesabatına əsasən, 777 Çağrı Mərkəzi və Nar+ tətbiqinə müxtəlif sorğularla 2 milyona yaxın abunəçi müraciət edib. Çağrı Mərkəzində göstərilən xidmətdən abunəçilərin 89%-i, Nar+ tətbiqindən yararlananlardan isə 87%-i razılıq bildirib.
Abunəçilərinə sosial şəbəkələr üzərindən də sorğu göndərməyə imkan yaradan "Nar” sosial platformalarda 16 mindən çox abunəçi müraciətini cavablandırıb. Daxil olan müraciətlərə orta hesabla 5 dəqiqə ərzində cavab verilib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.
Mobil operator göstərilən xidmət səviyyəsini artırmaq üçün 2023-cü ildə də müştəri mərkəzlərini yeniləməyə davam edir. Bundan başqa, abunəçilərə özünəxidmət rahatlığı verən Nar+ tətbiqinin təkmilləşdirilməsi bu il üçün qoyulan əsas hədəflərdəndir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















