• $
  • €
  • ₽
  • ₺
  • £

3 ayda dövlət büdcəsinə vergi daxilolmaları artıb- NAZİR

3 ayda dövlət büdcəsinə vergi daxilolmaları artıb- NAZİR
06.04.2023 11:07
2023-cü ilin ilk üç ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat  nazir Mikayıl Cabbarov tvitterdə yazıb.

O bildirib ki, rüblük vergi daxilolmalarının 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,4 % çoxdur.

"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir",- nazir vurğulayıb.
 
2023-cü ildə dövlət büdcəsi gəlirlərinin 13402,0 milyon manatı və ya 43,6 faizi Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların payına düşür.

Dövlət Vergi Xidmətinin xətti ilə 2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 62,6 faizi və ya 8385,0 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5017,0 milyon manatı neft sektorunun payına düşür.

DVX xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 12,6 faizi həcmində nəzərdə tutulub.
 
 
Aytac 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol