• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyad Səmədzadə bankları ittiham etdi

Ziyad Səmədzadə bankları ittiham etdi
21.03.2014 12:20
İqtisadi Siyasət Komitəsinin sədri banklar faizləri qaldırmaq üçün xərclərini şişirdiklərini və yüksək faizlərin məqbul olmadığını deyib“Banklar faizləri qaldırmaq üçün xərclərini şişirdirlər”. Bu barədə ANS PRESS-ə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, sahibkarlara verilən bu günki yüksək faizlər məqbul deyil:“Bəzən banklar xərcləri şişirdirlər ki, faizləri yuxarı qaldırsınlar. Amma biz monitorinq aparsaq, daha dəqiq təhlillər etsək heç şübhəsiz ki, bankların sahibkarlara verdikləri kreditlərin faiz dərəcələri aşağı düşəcək. Əvvəlki illərə nisbətən hazırda kifayət qədər ucuz vəsaitləri cəlb etmək mümkündür. Banklar ucuz maliyyə vəsaitlərini cəlb edə və bunu xeyli səmərəli formada istifadə edə bilərlər”. İqtisadi Siyasət Komitəsinin sədri həmçinin bildirib ki, banklar elə kredit faizləri müəyyən etməlidirlər ki, bu sahibkarlara qazanc əldə etməyə imkan versin:“Bizim sahibkarlarımız daha çox real sektora üstünlük verməlidirlər. Real sektoru inkişaf etdirməklə biz ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artıra bilərik. Sahibkarlar bu sahəyə diqqət yetirməlidir. Sahibkarlarımız üçün kifayət qədər güzəştli kreditlər var. Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə alınan kreditlər yeni emal müəssələrinin yaradılmasına, məhsul istehsalının artırılmasına yönəldilməlidir. Təbii ki, burada kreditlərdən də istifadə edilməlidir. Ancaq bu kredit resursları gözəştlərlə verilməli, faizlər aşağı düşməlidir. Yəni sahibkar hesablamalıdır ki, bu kreditləri almalıyam, ödəməliyəm və eyni zamanda mənfəət qazanmalıyam. Ona görədə optimallıq olmalıdır. Bu günki yüksək faizlər məqbul deyil. Fazilərin azaldılması istiqamətində müəyyən addımlar atılmalıdır. Dünya təcrübəsi ölkənin inkişaf səviyyəsi nəzərə alınmalıdır”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol