• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gənc sahibkarlar üçün yenilik

Azərbaycanda gənc sahibkarlar üçün yenilik
19.03.2014 13:10

Azərbaycanda Gənclərin Sahibkarlıq Proqramı (“Youth Inc”) çərçivəsində gənc sahibkarlar üçün internet portalı – “www.youthinc.az” istifadəyə verilib. Ölkədə “gənc sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının  artırılması və gənclərin öz biznesini yaratmasına dəstək olmaq məqsədilə ərsəyə gələn “Youth Inc” Proqramı illər ərzində toplanmış təcrübənin nəticəsi olmaqla yanaşı, gənc sahibkarlığa dəstəyin yeni formatı, istiqamətidir.

 Proqram çərçivəsində gənc sahibkarlar üçün yaradılan alətlərdən biri – məhz “www.youthinc.az” internet portalıdır. Bu sayt vasitəsilə gənc sahibkarlar, gənc sahibkar olmaq istəyən şəxslər və proqram iştirakçıları fərdi səhifələr yarada və bir-biri ilə ünsiyyət qura bilər. Portalda fəaliyyət göstərən Forum bölməsi gənclərə biznesin müxtəlif aspektləri barəsində məlumat bölüşməyə, müzakirələr aparmağa imkan verəcək. Bloq vasitəsilə gənc sahibkarlar üçün ekspertlər tərəfindən məqalələr dərc olunacaq. Hazırda internet portlada gənc sahibkarlar üçün elektron xidmətlərin göstərilməsi də planlaşdırılır.

Qeyd edək ki, “Youth Inc” Proqramına 2013-cü ilin yanvar ayında gənclərin sahibkarlıq sahəsində təlimləndirilməsi və gənclər üçün biznes-klubların yaradılmasını nəzərdə tutan “Gənclərin Biznes Şəbəkəsi” adlı pilot layihə ilə start verilib.

Bu günə qədər proqram çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində 4 biznes-klub yaradılıb, 2 minə yaxın gənc proqramdan yararlanıb, 7 gənc sahibkar öz biznesinə başlayıb və 3 gənc sahibkar yeni investisiyalar əldə edib.

İCT

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol