• $
  • €
  • ₽
  • ₺
  • £

Zərdabın Yenikənd sakinləri hələ də qaz həsrətindədir

Zərdabın Yenikənd sakinləri hələ də qaz həsrətindədir
18.04.2023 22:05
Zərdabın Yenikənd qəsəbəsində sakinlər qazın evlərinə çəkilməməsindən narazılıq edir. Bu barədə həmin qəsəbədə yaşayan Elçin Nəsrullayev Anews.az-a bildirib.
 
 "Biz bir neçə ildir bu əraziyə köçmüşük. Yaxınlıqda yerləşən ərazilərə qaz çəkilib amma bunun bizə heç bir aidiyyatı yoxdur. Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Bizə bildirilib ki, sizin adınız siyahıda yoxdur. Odur ki, qazlaşma işi həyata keçirilməyib. Hal-hazırda bu ərazidə 4-5 ailə yaşayır və hələ də bu ailələr qaz olmadığına görə odun yandırırlar”",  -  Nəsrulayev deyib. 
 
Məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qazlaşma prosesi SOCAR "Azəriqaz" İstehsalat Birliyinin öz daxili imkanları hesabına həyata keçirilir və bu işlər mərhələli şəkildə icra olunur.  
 
"Sözügedən yaşayış massivinin də qazlaşma prosesi bizim gündəmimizdədir. Əgər həmin müraciət edən sakinlər bu işlərin mərhələli şəkildə yox, daha tez həyata keçirilməyini istəyirlərsə, özləri yığılaraq lisenziyası olan podraçı şirkətlərə müraciət edib, öz maddi vəsaitləri hesabına bu işi icra edə bilərlər. Azəriqaz İstehsalat Birliyi də bu işdə texniki şərtlər olmaqla, kipliyə yoxlanma, istismara qəbul prosesi və sonunda sayğacın ödənişsiz olaraq tətbiq olunub qazın verilişin təmin etmək kimi bir öhdəliyi var”, - Vəliyev  söyləyib. 
 
"Azərbaycanda qazlaşma prosesi hər il dövlət proqramına uyğun davam etdirilir. Artıq ölkə üzrə abonent sayı 3 milyona çatıb. Ölkədə qazlaşma hazırda 96,2% təşkil edir”.
 
Elcan  Nurullazadə

 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol