• $
  • €
  • ₽
  • ₺
  • £

21 metrostansiyada ticarət dayandırılıb

21 metrostansiyada ticarət dayandırılıb
17.03.2014 10:21
“Bakı şəhəri İcra Hakimiyyətinin Bakı Metropoliteninin stansiyalarında ticarət köşklərinin götürülməsi ilə bağlı keçirdiyi tədbirlərdə hər hansı insident qeydə alınmayıb”.Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib. Ə. Bağırov deyib ki, metronun 21 stansiyasında ticarət artıq dayandırılıb: “Hazırda metronun “Nəriman Nərimanov”, “Memar Əcəmi” və “Neftçilər” stansiyalarında köşklərin yığışdırılması prosesi davam etdirilir, “Xalqlar Dostluğu” və “İnşaatçılar” stansiyalarında isə işlər günün sonuna qədər başa çatdırılacaq”. Ticarət obyektləri sahiblərin BŞİH tərəfindən təklif olunan ticarət mərkəzlərinə köçürülməsi məsələsinə toxunan Ə.Bağırov qeyd edib ki, artıq bir çox sahibkarlar həmin ticarət mərkəzlərinə köçüb və onlara köməklik edilir: “Əvvəllər də qeyd olunduğu kimi, onlardan 3 ay ərzində dövlət rüsumu götürülməyəcək”. Qeyd edək ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlər söküləcək. BŞİH rəhbərliyinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara “Amay” və “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq”  bazarlarında yerlər təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Qeyd edək ki, Bakı Metropolitenində  ümumilikdə 1194 ticarət obyektinin sökülməsi planlaşdırılıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol