• $
  • €
  • ₽
  • ₺
  • £

İkisistemli smartfon təqdim ediləcək

İkisistemli smartfon təqdim ediləcək
14.03.2014 20:50

Dünyanın üçüncü nəhəng smartfon istehsalçısı Çinin "Huawei" şirkəti "Android" və "Windows Phone" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən ikisistemli smartfon ideyasını dəstəkləyərək belə modeli 2014-cü ilin ikinci rübündə təqdim etməyi planlaşdırır. Bu barədə şirkətin marketinq üzrə direktoru Şao Yanq "Trusted Reviews" nəşrinə müsahibədə bildirib.

Ş.Yanqın fikrincə, ikisistemli qurğu geni istifadəçi auditoriyasının diqqətini cəlb edəcək. "Windows Phone" əməliyyat sisteminə keçid əksər istifadəçilər üçün asan seçim deyil. Qurğu eyni anda istəyə uyğun keçidin mümkün olduğu həm "Android"dən, həm də "Windows"dan istifadəni təqdim edəndə seçim xeyli asanlaşır", - o, müsahibədə deyib.  

Şirkət qurğunun texniki xarakteristikası və iki əməliyyat sistemi arasında keçidin xüsusiyyətləri barədə məlumatları hələlik açıqlamır. Bundan əvvəl "Huawei" dünya bazarına "Windows Phone " sistemli "Ascend W1" və "Ascend W2" smartfon modellərini təqdim edib. "IDC" analitik şirkətinin məlumatına görə, 2013-cü ilin yekunları üzrə Çin şirkəti smartfonların tədarük həcminə görə dünyada 4,9 faizlik payla və ya 48,8 milyon qurğu ilə üçüncü yeri tutmaqla yalnız  "Samsung" və "Apple" istehsalçılarından geri qalıb.

Qeyd edək ki, ikisistemli smartfonların hazırlanması ilə məşğul olmasını bu yaxınlarda "Microsoft" korporasiyası ilə tərəfdaşlıq sazişi imzalayan Hindistanın "Karbonn" şirkəti də bəyan edib. "Android" və "Windows Phone" sistemli modelin 2014-cü ilin iyununda satışa çıxarılması gözlənilir, - "Digit www.digit.ru" yazır. 

ictnews.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol