• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pensiyalar bu qayda ilə artacaq

Azərbaycanda pensiyalar bu qayda ilə artacaq
03.06.2023 18:30
Azərbaycanda gələn il də pensiyaların indeksasiya edilərək artırılması nəzərdə tutulur.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, hər ilin əvvəlində əmək pensiyaları artırılır. "Artırılma mexanizmi də belədir. Əmək pensiyalarının sığorta hissəsi əvvəlki ildəki respublika üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Keçə il Azərbaycanda orta aylıq əmək haqqı 15 faiz artmışdı və bu ilin əvvəlində də cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda əmək pensiyalarının bütün növləri 15 faizlik indeksasiya olundu və artırıldı.

Hazırda yaşa görə əmək pensiyalarının orta məbləği 460 manatı ötüb və gələn il üçün bu məbləğ 500 manatı keçəcək. Çünki ölkəmizdə aparılan doğru sosial-iqtisadi siyasət, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, o cümlədən də neftin dünya bazarında qiymətinin bizim proqnozlaşdırdığımız həddən yuxarı olması imkan verir ki, biz gələn il də pensiyaları artıraq”, – deyə M.Quliyev deyib.
O bildirib ki, bu il ərzində orta aylıq əmək haqqının 15 faizə yaxın artacağı proqnozlaşdırılır.

"Əgər bu proqnoz özünü doğruldarsa və təbii ki, də doğruldacaq, gələn il də pensiyaların 15 faizə yaxın artımı olacaq ki, bu da imkan verəcək ki, həm pensiyaların minimum məbləği, həm yaşa görə pensiyalar, həm də əmək pensiyaları və digər növ pensiyalar artırılsın. Belə olan halda yaşa görə əmək pensiyalarının orta məbləği 500 manatı ötəcək”, – deyə o əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol