• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC+ ölkələri 2024-cü ildə neft hasilatını azaltmağa razılaşıblar

OPEC+ ölkələri 2024-cü ildə neft hasilatını azaltmağa razılaşıblar
05.06.2023 15:41
Beynəlxalq neft istehsalçıları OPEC+ karteli iyunun 4-də nazirlərin görüşü zamanı neft hasilatına qoyulan məhdudiyyətlərin 2024-cü ildə uzadılması barədə razılığa gəlib. Bu barədə OPEC-in mətbuat xidməti məlumat yayıb.

İclas iştirakçıları, həmçinin, bütün 2024-cü il üçün hasilat həcmini sutkada 40,46 min barelə çatdırmaq qərarına gəliblər. Beləliklə, hasilat sutkada demək olar ki, 1,4 milyon barel azalacaq. OPEC+ ölkələri ötən ilin payızında hasilatı sutkada 2 milyon barel azaltmağa razılaşdıqdan sonra limit sutkada 41,856 barel idi.

Bloomberg-in məlumatına görə, dünənki razılaşma gərgin görüşdən sonra əldə olunub. Agentlik yazır ki, Səudiyyə Ərəbistanı iyulda hasilatı sutkada 1 milyon barel azaltmağı vəd edib, qrupun digər üzvləri isə 2024-cü ilin sonuna qədər mövcud azalmaları saxlamağa söz verib. Bloomberg əlavə edir ki, eyni zamanda, təcavüzkar ölkə Rusiya hasilatı daha da azaltmaq öhdəliyi götürməyib, Birləşmiş Ərəb Əmirlikləri isə gələn il hasilat kvotalarının artırılmasına nail olub.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman görüşdən sonra "bu bazarda sabitliyi təmin etmək üçün lazım olan hər şeyi edəcəyini" bildirib.

Qlobal neft bazarının makro təhlilini aparan Sinqapurda fəaliyyət göstərən Vanda Insights şirkətinin təsisçisi və baş direktoru Vandana Hari Səudiyyə Ərəbistanının Brent markalı neftin qiymətinin bir barel üçün 80 dollardan yuxarı olmasını "ideal olaraq" arzuladığını bildirib.

Agentliyin materialında deyilir ki, ötən ay Nyu-Yorkda neftin qiyməti 11% ucuzlaşıb. 
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.


Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.


Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol