• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR xalis mənfəəti 4,5 dəfə artıb

SOCAR xalis mənfəəti 4,5 dəfə artıb
25.06.2023 21:15
2022-ci ildə Azərbaycan Dövlət Neft Fondunun  (SOCAR) gəlirləri 119 milyard 228 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 53,8% çoxdur. Belə məlumatlar şirkətin 2022-ci il üçün konsolidə edilmiş maliyyə hesabatında təqdim olunub.
 
SOCAR-ın 2022-ci il üzrə maliyyə fəaliyyətinin auditini "Ernst & Young” şirkəti həyata keçirib.

SOCAR-ın 2022-ci il üçün xalis mənfəəti 9 milyard 424 milyon manat (artım 4,5 dəfə) təşkil edib.

"Qlobal iqtisadi fəallığın zəifləməsinə və qlobal inflyasiya təzyiqinə baxmayaraq, SOCAR 2022-ci ili yaxşı  nəticələrlə başa vurüb”, - deyə şirkətin şərhində bildirilir.

SOCAR-dan verilən məlumata görə, maliyyə uğurunu şərtləndirən amillər arasında idarəetmənin təkmilləşdirilməsi, texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, maliyyə resurslarının daha qənaətcil idarə edilməsi, innovativ və beynəlxalq təcrübədən istifadə, eləcə də optimallaşdırma və texnoloji transformasiya tədbirlər var. 

"Hesabat dövründə SOCAR-ın gəlirlərinin artımı müəssisələrin daha səmərəli idarə edilməsi və kompleks fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarlarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin artması ilə əlaqədar olub”, -  şirkət qeyd edib.

SOCAR-ın məlumatına görə, 2022-ci ildə şirkət mənfəət marjasını 11,4%-dən 12,3%-ə, əməliyyat mənfəətini 1,9 dəfə artıraraq 9 milyard 362 milyon manata çatdırıb və 2022-ci ili 9 milyard 424 milyon manat xalis mənfəətlə başa vurub.
 
"Qeyd edirik ki, bu, şirkətin konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlamağa başladığı 2008-ci ildən bəri ən yüksək göstəricidir", - hesabatda vurğulanır.

Hesabata görə, hesabat ilində SOCAR-ın satış dəyəri 104 milyard 526 milyon manat (artım 52,2 faiz) təşkil edib.

Şirkətin 2022-ci il üçün mənfəət vergisi üzrə Azərbaycanın dövlət büdcəsinə ödənişləri 1 milyard 439 milyon manat (artım 23,8%) təşkil edib.

2022-ci ildə şirkətin ümumi aktivləri 16,5% artaraq 80 milyard 835 milyon manata çatıb. O cümlədən, SOCAR-ın dövriyyə aktivləri 39,6 faiz artaraq 33 milyard 431 milyon manata, uzunmüddətli aktivləri 4,4 faiz artaraq 47 milyard 404 milyon manata çatıb.

Artım tendensiyası SOCAR-ın kapitalı və pul vəsaitləri ilə bağlı da müşahidə olunub. SOCAR-ın məcmu kapitalı 46,5% artaraq 33 milyard 335 milyon manata, pul vəsaitləri 38,6 faiz artaraq 12 milyard 490 milyon manata çatıb. 2022-ci ilin sonuna şirkətin nizamnamə kapitalı 5 milyard 546 milyon manat (artım 4,8%) təşkil edir.

2022-ci ildə şirkətin öhdəlikləri 1,9% artaraq 47 milyard 500 milyon manata çatıb. O cümlədən, SOCAR-ın uzunmüddətli öhdəlikləri 18 milyard 530 milyon manat (azalma 29,5%), cari öhdəlikləri 28 milyard 970 milyon manat (artım 42,7%) təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol