Neft fondundan dövlət büdcəsinə transfertlər 118 milyard dolları ötüb

2021-2022-ci illərdə Dövlət Neft Fondundan Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 118,2 milyard dollar təşkil edib. Bu barədə fondun 2022-ci il üzrə dərc olunmuş illik hesabatında bildirilib.
Bundan əlavə, qeyd olunan dövr ərzində ARDNF ölkə əhəmiyyətli müxtəlif layihələrin maliyyələşdirilməsinə 11,2 milyard dollar vəsait ayırıb.
Hesabata görə, 2010-2021-ci illərdə neft fondundan transfertlərin Azərbaycanın dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisi 40%-50% səviyyəsində dəyişib, 2022-ci ildə 25,8% olub.
2022-ci ildə fonddan dövlət büdcəsinə transfertlərin faktiki həcmi 7 milyard 923 milyon manat təşkil edib.
www.anews.az

Neft fondu Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.
Fonda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neft və qazın ölkə ərazisindən nəqli üzrə tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirləri toplanır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər