• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanda neft hasilatı azalıb
12.07.2023 09:57
2023-cü ilin yanvar-iyununda  Azərbaycanda neft hasilatı ötən ilin eyni dövründəki 16,5 milyon tondan 15,2 milyon tona qədər azalıb . Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov çərşənbə günü Twitter səhifəsində bildirib.   
 
Yanvar-iyunda qaz ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artaraq 12 milyard kubmetr təşkil edib.
 
Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana 1,3 milyard kubmetr, Avropaya 5,7 milyard kubmetr ixrac edilib.
     
O cümlədən TANAP kəməri ilə Türkiyəyə qaz ixracı 2,8 milyard kubmetr təşkil edib.
     
Nazir həmçinin qeyd edib ki, 2023-cü ilin yanvar-iyununda qaz hasilatı ötən ilin yanvar-iyunundakı 23,4 milyard kubmetrdən 24,1 milyard kubmetrə kimi artıb. 
 
2022-ci ildə Azərbaycanda neft hasilatı 32,6 milyon ton, ixrac isə 26,3 milyon ton təşkil edib.
     
Azərbaycanın neft hasilatının 70%-i Britaniyanın bp şirkətinin idarə etdiyi şirkətlər konsorsiumu tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli yatağından əldə edilir.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol