• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondu qiymət fərqindən 2 milyard dollar qazanıb

Neft Fondu qiymət fərqindən 2 milyard dollar qazanıb
11.03.2014 16:02
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) büdcəsində ötən il xam neftin ixrac qiyməti 100 dollar götürüldüyü halda, il ərzində satılmış mənfəət neftinin orta satış qiyməti 109,1 dollar, xalis daxilolma qiyməti isə 101,1 dollar təşkil edib.Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.Xam neftin hasilatı və qiyməti ilə bağlı fərq mənfəət neftinin satışından 1 937 milyon manat əlavə gəlirlərin SOFAZ-a daxil olmasına şərait yaradıb.SOFAZ 2013-cü ildə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundan hasil edilmiş mənfəət neftinin satışından 16,26 milyard dollar gəlir əldə edib. Yatağın təsdiq edilmiş neft ehtiyatları 1 milyard ton qiymətləndirilir. Blokun tərkibində işlənən digər yataqlardan mənfəət neftinin satışından əldə olunan gəlirlər 62,7 milyon dollar olub.2013-cü ildə SOFAZ və xarici şirkətlərin birgə işlədiyi “Şahdəniz” qaz-kondensat yatağından hasil edilmiş mənfəət qazının satışından SOCAR-a 383,8 milyon dollar daxil olub. “Şahdəniz” yatağının təsdiq edilmiş qaz ehtiyatları 1,2 trilyon kubmetrdir.2013-cü ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından SOFAZ-a 16,7 milyard dollar daxil olub.2014-cü il yanvarın 1-nə olan məlumata görə, SOFAZ-ın aktivləri 35 877,5 milyon dollar olub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol