• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-dən yeni layihə – “Faydalı keşbek”

ABB-dən yeni layihə – “Faydalı keşbek”
01.08.2023 13:31
ABB müştərilərə növbəti faydalı yeniliyini təqdim edib. Belə ki, 1 avqust tarixindən ABB-nin istənilən kart sahibləri yeni "Faydalı keşbek” layihəsindən yararlana bilər. "Faydalı keşbek” ilə müştərilər artıq ABB mobile tətbiqi vasitəsi ilə 1 kateqoriya üzrə deyil, tam 5 kateqoriya üzrə keşbek qazana biləcəklər. Kateqoriyaların sayının artması, kart sahiblərinin daha çox keşbek qazanmasına səbəb olacaq.


Üstəlik, indi keşbekləri toplayıb onları ABB mobile tətbiqi daxilində yalnız kommunal, mobil və internet ödənişlərə sərf etmək yox, həm də müştərinin kart hesablarına da köçürmək mümkündür. Beləliklə, müştəri keşbek balansında yığılmış vəsaiti istədiyi zaman öz kartına köçürüb ödənişlər apara, hətta nağdlaşdırma imkanından yararlana bilər.


Yeniliklər bununla bitmir. Daha çox keşbek qazanmaq üçün ödənişi ABB-nin müxtəlif kartları, o cümlədən maaş və pensiya kartları ilə həyata keçirmək olar. Azercell Co-Brand və ABB Miles kartları istisna olmaqla, istənilən ABB kartı ilə edilən ödənişlər müştəriyə daha çox keşbek və daha çox qazanc gətirəcək. Azercell Co-Brand və ABB Miles kartları üzrə mövcud loyallıq layihələri barədə məlumatlar isə Bankın rəsmi internet səhifəsində qeyd olunub.

"Faydalı keşbek” ABB-nin yeni layihəsidir. Müştərilər bu layihə çərçivəsində
xərclədikcə daha çox qazanırlar. "Faydalı keşbek”-in üstünlüklərindən yararlanmaq üçün ABB mobile tətbiqini yeniləmək lazımdır.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol