Qarabağa ayrılan vəsaitin 66%-ə yaxını xərclənib

2023-cü ilin altı ayında işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan 3 milyard manat vəsaitin 65,6% xərclənib. Bu barədə Maliyyə Nazirliyinin "2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə qeyd olunub.
"Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildəhəmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5%-ə bərabərdir", - məlumatda bildirilib.
2023-cü il dövlət büdcəsindən Qarabağa 3 milyard manat arılıb.
2021-2022-ci illərdə Qarabağda yenidənqurma və bərpa işlərinə 6,4 milyard manat pul yönəldilmişdi.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı (2022-2026-cı illər) təsdiq edilib. Prezident İlham Əliyev noyabrın 16-da bununla bağlı sərəncam imzalayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















