• $
  • €
  • ₽
  • ₺
  • £

Foxconn Hindistanda iPhone 15 istehsalına başlayır

Foxconn Hindistanda iPhone 15 istehsalına başlayır
16.08.2023 18:28
 Dünyanın ən böyük  elektronika istehsalçısı və "Apple Inc.” şirkətinin tədarükçüsü olan Tayvanın Foxconn Technology Group şirkəti Hindistanın Tamil Nadu əyalətindəki zavodunda iPhone 15-in istehsalına başlayır.

Şirkət cihazları Apple-ın ən son smartfonunun Çində konveyerdən çıxmasından bir neçə həftə sonra göndərib.

Belə ki, Amerika İT nəhəngi Apple-ın əsas istehsal mərkəzinin yerləşdiyi ABŞ və Çin arasında yaranan gərginlik fonunda riskləri azaltmaq üçün tədarük mənbələrinin diversifikasiyası üzrə çoxillik plan həyata keçirir.

iPhone 14-ün buraxılmasından əvvəl Hindistanda smartfonların yalnız kiçik bir hissəsi istehsal olunurdu, ölkədə cihazların istehsalı isə Çinə nisbətən altı-doqquz ay gec başladı.

2022-ci ildə bu gecikmə əhəmiyyətli dərəcədə azaldılıb və yerli istehsal olan bu tipli telefonların sayı istehsal edilən iPhone-ların ümumi sayının 7%-nə qədər artıb.

Tədarüklər baxımından fərqin bu il daha da azaldılması planlaşdırılır, lakin təchizatçıların özləri buna nail ola biləcəklərinə hələ əmin deyillər. Hindistanda iPhone 15-in istehsalının miqyası əksəriyyəti xaricdən gətirilən komponentlərin mövcudluğundan və Çennai şəhəri yaxınlığındakı Foxconn zavodunda smartfonların istehsal həcmindən asılı olacaq.

Martda başa çatan 2023-cü maliyyə ilinin sonunda Apple-ın Hindistanda smartfon istehsalı üç dəfə artaraq pul ifadəsində 7 milyard dollardan çox olub. Ölkədə iPhone pərakəndə satışları da müsbət dinamika nümayiş etdirir və ötən rübdə illik müqayisədə ikirəqəmli artım sayəsində daha bir yüksək səviyyəyə çatıb.

Apreldə baş nazir Modi ilə görüşdə Apple şirkətinin baş direktoru Tim Kuk bildirib ki, şirkət öz iştirakını genişləndirmək və ölkə daxilində sərmayələri artırmaq niyyətindədir. Bununla da şirkət Hindistanda mühüm istehsal mərkəzi yaratmaq və Hindistanda uzunmüddət işləmək niyyətini  təsdiqləyib. Bu barədə The Indian Times  məlumat yayıb. 

Texnologiya nəhənginin ölkədəki digər təchizatçıları Pegatron Corp. və Wistron Corp. tezliklə iPhone 15-in istehsalına  başlayacaqlar.

Yeni iPhone modelinin sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir və şirkətin azalan ümumi satışlarının canlanmasında mühüm rol oynaya bilər. Apple  ABŞ, Çin və Avropa kimi əsas bazarlarda zəif istehlakçı tələbi səbəbindən mənfəət azlığı yaşayıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol