Rusiyada qaz hasilatı azalıb

2023-cü ilin ilk yarısında Rusiyada qaz hasilatı 14,2% azalaraq 302 milyard kubmetr təşkil edib.Bu barədə Rosstat məlumat yayıb.
Hesabat dövründə sıxılmış təbii qaz istehsalı 18,7 milyon ton təşkil edib ki, bu da illik əsasda 4,4% azdır.
Mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı isə 4,5 faiz azalaraq 16 milyon tona düşüb. Ölkənin təbii qaz hasilatı iyunda əvvəlki aya görə 12,5 faiz azalaraq 34,6 milyard kubmetr olub.
Bir çox Avropa ölkəsi Ukrayna müharibəsi və sanksiyalara görə Rusiyadan təbii qaz idxalını dayandırsa da, bəzi ölkələr də əhəmiyyətli dərəcədə idxalı azaldıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















