“Sollers” payızda Azərbaycanda avtomobil istehsalına başlayacaq

Rusiyanın avtomobil istehsalçısı "Sollers” şirkəti 2023-cü ilin payızında Azərbaycanda fəaliyyətə başlayacaq.
Bu barədə "Sollers Alabuga” şirkətinin satış və marketinq direktoru Marat Şarapov məlumat verib.
Şirkət "Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) istehsala başlayacaq.
"Biz bu yaxınlarda Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı müqavilə bağlamışıq. Payızda bu layihənin icrasına başlanacaq. Bu, bizim ilk ixrac bazarımız olacaq", - o deyib.
Şarapov əlavə edib ki, şirkət digər ölkələrin bazarlarına da çıxmağı hədəfləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























