• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 72 dövlət əmlakı hərraca çıxarılır

Azərbaycanda 72 dövlət əmlakı hərraca çıxarılır
29.08.2023 17:02
Azərbaycanda 72 dövlət əmlakı hərraca çıxarılır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
 
Bildirilib ki, sentyabrın 19-da təşkil olunacaq hərraca 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil çıxarılacaq.

"Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.
Sentyabrın 26-da keçiriləcək hərraca isə 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir",- qurumdan bildirilib.

2023-cü ilin yanvar-iyulunda Azərbaycanın dövlət büdcəsinə özəlləşdirmədən və dövlət əmlakından daxilolmalar 69 milyon manat (cari məzənnə ilə 40,58 milyon ABŞ dolları) təşkil edib.

2023-cü ilin yanvar-iyulunda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 69 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövründən 2 dəfə çoxdur", - xidmətdən bildirilib.

2023-cü ilin yanvar-iyulunda dövlət əmlakının özəlləşdirilməsi üzrə 31 hərrac keçirilib. Hərraclarda 8 səhmdar cəmiyyətinin, 11 kiçik dövlət müəssisəsinin, iki köməkçi tikinti sahəsinin və 303 minik avtomobilinin səhmləri özəlləşdirilib.

Bundan əlavə, hesabat dövründə 28 faydalı qazıntı yatağı hərrac yolu ilə sahibkarların istifadəsinə verilib.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol