“AzerGold”un ixrac gəlirləri artıb

2023-cü ilin sentyabrında "AzerGold” QSC bu ilin sentyabr icra etdiyi ixrac əməliyyatı nəticəsində xarici bazarda 13,3 min unsiya qızıl və 15,8 min unsiya gümüşün satışına nail olub. Bu barədə "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
İxrac əməliyyatları nəticəsində "AzerGold” fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.
Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.
2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – "Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan "AzerGold” QSC ötən 7 il ərzində "Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə "Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, "Çovdar”, "Mərəh” və "Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq "AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərini davam etdirir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















