“Azərkosmos”un ixrac gəlirləri azalıb

2023-cü ilin doqquz ayında "Azərkosmos” 46 ölkəyə 14,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 ölkə çox və 4,9 milyon ABŞ dolları (25,4 %) azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı "İxrac icmalı”nın oktyabr sayında bildirilir.
"Azərkosmos” bu ilin yanvar-oktyabrında xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,1 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ, 815 min ABŞ dolları ilə Almaniya və 572 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 2022-ci ili 1,429 milyon manat mənfəətlə başa vurub.
Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















