Əhalinin banklardakı əmanətləri 17,5% artıb

1924-cü il oktyabrın 31-də İtaliyanın Milano şəhərində keçirilən 1-ci Beynəlxalq Əmanət Bankı Konqresi (Dünya Əmanət Bankları Cəmiyyəti) zamanı italiyalı professor Filippo Ravizza konqresin sonuncu gününü "Beynəlxalq Əmanət Günü” elan etməyi təklif edib.
Bu tarix Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə qeyd edilib.
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2023-cü il avqustun 1-nə milli valyuta ekvivalentində 12 milyard 705,5 milyon manat təşkil edib.
Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd edir ki, əhalinin banklardaki əmanətlərinin artması əsasən milli valyutanın sabit qalması ilə əlaqədır.
"Banka qoyulan əmanətlərin məbləğinin artmasının əsas səbəbi milli valyutanın sabit olması ilə əlaqədardır. Hamı başa düşür ki, devalvasiya təhlükəsi yoxdur, milli valyutamız sabitdir. Buna görə də xüsusilə milli valyutayla bağlı əmanətlər daha çox qoyulur. Eyni zamanda faizlər çoxdur – 10-12% təşkil edir. Banklara yalnız Azərbaycanda yaşayanlar deyil, eyni zamanda Rusiyadan və digər ölkələrdən gələn azərbaycanlılar əmanətlərini burada banka qoyurlar”, - Həsənov deyib.
Ekspert bildirir ki, hər bir kəsin 100 min manata qədər əmanəti qoruna, sığortalı əmanətdir.
"Əmanətlərin sığortalanma Fondu bank bağlanandan sonra 1 ay ərzində əmanətləri kompensasiya edir, qaytarır. İyula qədər bu müddət 3 ay idi, indi isə 1 aydır. Bu da vətəndaşların banklara olan əminlik hissini artırır”, - o vurğulayıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















