• $
  • €
  • ₽
  • ₺
  • £

BP-də yeni vitse-prezident təyinatı olub

BP-də yeni vitse-prezident təyinatı olub
31.10.2023 17:37
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyinat olub.

"BP-Azərbaycan" şirkətindən  verilən məlumata görə, bu vəzifəyə Elyar Əliyev təyin olunub. O, 1 noyabr 2023-cü il tarixindən bp-nin AGT regionu üzrə rəhbər heyətinin üzvü olacaq və Azərbaycan və Gürcüstanda yerləşən regional hüquq departamentinə rəhbərlik edəcək.

Elyar Əliyev yeni vəzifəsində Birləşmiş Krallığa geri dönən İvon MakAlisteri əvəz edəcək. O, BP-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilmiş ilk Azərbaycanlı mütəxəssisdir.

Elyar Əliyev neft-qaz sektorunda hüquq sahəsi üzrə 23 ildən artıq dərin təcrübəsi var. O, BP şirkətində fəaliyyətə 2009-cu ildə Bakı ofisində başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyatlara dəstək verib. Sonra isə o, BP-nin regional geoloji-kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və icrası üzrə hüquq işlərinə rəhbərlik edib.
2013-cü ildə o, BP-nin Londonda yerləşən mərkəzi hüquq departamentinə ezam olunub və bu vəzifədə bp-nin dünyanın müxtəlif yerlərində yeni ölkələrdə geoloji-kəşfiyyat işlərinə dəstək verib. 2018-ci ildən bəri Elyar şirkətin Şahdəniz və Cənub Qaz Dəhlizi layihələrinə hüquqi dəstək işlərinə rəhbərlik edir.

BP-dən əvvəl Elyar "Nobel Oil” (hazırda NEQSOL Holdinqin tərkibində olan "Nobel Energy”) şirkətində işləyib. Həmin təşkilatda o, neft-mədən xidmətləri, mühəndislik və tikinti, habelə telekommunikasiya kimi müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlər qrupunun hüquq işlərinə rəhbərlik edib. Daha əvvəl o, Azərbaycanın quru yataqlarında ən böyük operatorlarından biri olan "Salyan Oil” şirkətində hüquq işlərinə nəzarət edib.

Əliyev Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə (fərqlənmə ilə) təhsil alıb. O, həmçinin Böyük Britaniyanın BPP Universitetinin Hüquq Məktəbinin məzunudur.

2022-ci ildə Elyar Əliyev Azərbaycanda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın prezidentinin fəxri fərmanı ilə təltif olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol