• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda illik inflyasiya 10 %-ə düşüb

Azərbaycanda illik inflyasiya 10 %-ə düşüb
13.11.2023 13:29
2023-cü ilin on ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 %, qeyri-ərzaq məhsulları üzrə 109,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 % təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, oktyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100,4 %, ötən ilin oktyabr ayına nisbətən 103,9 % olub.

Oktyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 104,7 % olub. Qeyri-ərzaq məhsullarından artım əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 104,5 % təşkil edib.
 
Azərbaycanda orta illik inflayasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
 
Cari ilin yanvar-sentyabrında Azərbaycanda inflyasiya ötən ilin eyni dövrünə nisbətən 10,9 % təşkil edib, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 12,4 %, qeyri-ərzaq məhsulları üzrə 10,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,6 % artıb.
 
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür. 

2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
 
Aytac Zeynalova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol