Bakıdakı olimpiya stadionuna 103 mln. dollarlıq elektrik təchizatı

Azərbaycanda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları üçün hazırda Bakı şəhərində tikilən olimpiya stadionunda elektrik və mexanika işlərini Türkiyənin «Anel Grup» Şirkətlər Qrupu həyata keçirəcək.«APA-Economics»in məlumatına görə, artıq bununla bağlı standionun inşasını aparan «Tekfen İnşaat» şirkəti ilə razılıq əldə olunub. Razılaşmaya görə, Olimpiya stadionunda bu işlərə ümumilikdə 102,6 mln. dollar vəsait nəzərdə tutulub. Bunun 69,2 mln. dolları elektrik işlərinə, 33,4 mln. dolları isə mexanika işlərinə sərf olunacaq. «Anel Elektrik» şirkəti («Anel Grup»un üzvü) İdarə Heyətinin üzvü Bülent Batukan bildirib ki, Bakıda həyata keçirilən layihə 2018-ci ildə Rusiya, 2022-ci ildə isə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün beynəlxalq standartlara uyğun stadionların inşasında iştirak edən «Anel Grup» üçün bir örnək olacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















