• $
  • €
  • ₽
  • ₺
  • £

“Global Finance” Kapital Bank-ı mükafatlandırdı

“Global Finance” Kapital Bank-ı mükafatlandırdı
31.01.2024 17:21
Dünyanın nüfuzlu "Global Finance” jurnalı "Fevral 2024-Ticarət Maliyyəçisi Xüsusi Buraxılışı”nda dərc olunacaq eksklüziv sorğuya əsasən 11 qlobal, 8 regional kateqoriyada, 100-dən çox ölkə və ABŞ-ın 8 regionu üzrə "Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” ("Best Trade Finance Providers”) mükafatının qaliblərini təyin edib.
 
Mükafatçıların sırasında ölkənin birinci bankı Kapital Bank da yer alıb. Qaliblər BAFT Assosiasiyası tərəfindən Frankfurt şəhərində keçirilən tədbirdə elan edilib.

Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.

Qeyd edək ki, "Global Finance” jurnalı 2018-ci ildə Kapital Bank-ı Azərbaycanda "Ən Güvənli Bank” ("Safest Bank”) adına layiq görüb. 2019-cu ildə də bank "Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” ("Best Trade Finance Providers”) mükafatını alıb.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol