• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan Aktau limanından Azərbaycana neft nəqlini artırıb

Qazaxıstan Aktau limanından Azərbaycana neft nəqlini artırıb
09.02.2024 15:28
2024-cü ilin yanvarında Aktau limanından Mahaçqala limanına 171 min ton Qazaxıstan nefti göndərilib və bu da 2023-cü ilin yanvarı ilə müqayisədə 17 min ton çoxdur. Bu barədə "Kaztransoil” şirkəti məlumat yayıb.
 
Bildirirlir ki, Qazaxıstan Aktau dəniz limanından Bakı limanına neft nəqlinin həcmini 60 min ton artıraraq 116 min tona çatdırıb.

Cari ilin yanvarında Qazaxıstan neftinin Aktau limanından ixrac məqsədilə daşınmasının ümumi həcmi 287 min ton təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76 min ton çoxdur. 

2022-ci ildə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Bu tapşırığa uyğun olaraq, Qazaxıstan milli şirkəti "Kazmunaigas” və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan nefti istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlanıb.
 
Ötən il Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 376 min ton təşkil edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min ton və ya 48,9 % çoxdur.

Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqli üçün Aktau limanından Bakıya gətirilməsi bu ilin fevralında nəzərdə tutulmuşdu.  Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığı  daşınma ləngidimişdi.
 
"Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş vermiş zəlzələnin nəticələrinə görə, ixracın dayandırıldığını bildirmişdi.
 
"Tengiz" yatağından başqa Qazaxıstan Bakıya martın 20-də "Kaşaqan" yatağından da 6,500 min ton neft göndərib ki , o da daha sonra BTC ilə nəql ediləcək. 
 
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol