• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
23.02.2024 13:08
Azərbaycanda təhsilin inkişafına dəstək və yerli telekommunikasiya peşəkarlarının yetişdirilməsi məqsədilə, "Nar” və Azərbaycan Texnologiya Universiteti (ATU) arasında anlaşma memorandumu imzalandı.
 
Anlaşma memorandumu Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti (ATU) və mobil operator "Nar”ın birgə təlim, tədbir, konfrans və xüsusi görüşlər keçirməsini nəzərdə tutur. Memorandumun məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsidir. Bu əməkdaşlıq çərçivəsində "Nar”ın peşəkar texniki heyəti öz nəzəri və praktiki biliklərini universitetin tələbələri ilə bölüşəcək, eləcə də, tələbələr "Nar”ın ixtisaslarına uyğun departamentlərində təcrübə keçərək gələcək karyeraları üçün əvəzsiz üstünlük əldə edəcək.
 
Yeni əməkdaşlıqla dair "Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke əsas məqsədlərinin Azərbaycanda yerli rabitə peşəkarlarını yetişdirmək olduğunu bildirib: ""Nar” olaraq, üstün xidmətlərimizin məhz yerli mütəxəssislər tərəfindən təqdim olunmağı bizim üçün çox mühümdür. Bununla yanaşı, niyyətimiz azərbaycanlı mütəxəssisləri qlobal bazar üçün də tələb olunan peşəkarlar kimi yetişdirməkdir.”
 
ATU rektoru Yaşar Ömərov "Nar”la əməkdaşlığın ilk növbədə tələbələr üçün faydalı olduğunu vurğulayıb: "Çox şadam ki, "Nar” bizimlə əməkdaşlığa başlayır. Əminəm ki, "Nar”ın peşəkar heyətinin zəngin təcrübəsi tələbələrimizin də bir mütəxəssis kimi yetişmələrində müstəsnə rolu olacaq. Çünki müasir dünya tələbələrdən təhsil aldığı dönəmdə təcrübi biliklərə də sahib olmalarını tələb edir.”
 
Qeyd edək ki, KSM strategiyasının təhsilə dəstək istiqamətinə uyğun olaraq, "Nar” daha öncə Azərbaycan Texniki Universiteti (AzTU) və Naxçıvan Dövlət Universitet (NDU) ilə də birgə layihələr həyata keçirib. "Nar”ın dəstəyi ilə AzTU-da Azərbaycanda ilk və yeganə öz mobil şəbəkəsi olan  "Nar” GSM laboratoriyası fəaliyyət göstərir.
 
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol