• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda Cavanşir Feyziyevin 22 obyektinə həbs qoyulub

Londonda Cavanşir Feyziyevin 22 obyektinə həbs qoyulub
23.02.2024 16:59
Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü, iş adamı Cavanşir Feyziyevə məxsus  22 mülkə həbs qoyub. Bu barədə məhkəməyə məxsus xəbərdə bildirilib. 

Feyziyev və həyat yoldaşı "qanunsuz əldə etdikləri gəlirdən” əmlak əldə etməkdə şübhəli bilinirlər.
 
Britaniya mənbələrinin məlumatına görə, Milli Məclis deputatının vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verib, bundan bir gün əvvəl, fevralın 22-də London Ali Məhkəməsi şikayətə baxmağa başlayıb.

Ekspertlərin fikrincə, Feyziyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilən daşınmaz əmlakın ümumi dəyəri 63 milyon dollardan çoxdur.  2023-cü ilin iyununda London məhkəməsi Böyük Britaniya Milli Cinayət Agentliyinin (NCA) iddiası əsasında bu əmlakı dondurub.

Bu qərardan Cavanşir Feyziyevin vəkillərinin verdiyi apellyasiya şikayətinə hakim Naycel Poul tərəfindən baxılır. 

 Cavanşir Feyziyev və onun ailə üzvlərinin işi üzrə əvvəllər Böyük Britaniya Milli Cinayət Agentliyinin təşəbbüsü ilə başlanmış məhkəmə prosesi artıq yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Feyziyev və ailə üzvlərinin London banklarındakı hesablarında olan on milyonlarla dollara həbs qoyulub. 2022-ci ildə isə məhkəmə bu məbləğdən 7 milyon 560 min dollarının (5,6 milyon funt sterlinq) müsadirə edilməsinə qərar verib. Qalan vəsaitlər isə həbsdədir.

Feyziyevlərin o zamankı vəkilinin mətbuata verdiyi açıqlamaya görə, ailə pulların müsadirə olunmasından məyus olub. 

Lakin Feyziyevin bank hesablarındakı pul vəsaitləri ilə bağlı məhkəmə prosesi başa çatdıqdan az sonra NCA agentliyi Milli Məclisin deputatını və onun ailə üzvlərini təqib etməkdə davam edib və sonda onların Londonda malik olduğu əmlakı dondurmağa nail olub.

Məhkəmənin qərarına əsasən, Feyziyevin və onun həyat yoldaşının adına rəsmiləşdirilmiş daşınmaz əmlak satıla və ya heç kimə hədiyyə edilə bilməz. Milli Cinayət Agentliyinin nümayəndələri deyirlər ki, Feyziyevin əmlakının qanunsuz əldə edilməsinə dair əllərində "inandırıcı sübutlar” var.

Məhkəməyə təqdim edilən sənəddə NCA, "uyğun olmayan, yalan və ya uydurma təsvirlərlə" müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərə qədər izlənilə bilən "son dərəcə mürəkkəb pul vəsaitlərinin hərəkətini" təsvir edib. 

N.Təbrizli



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol