• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb

Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
13.03.2024 13:35
2024-cü ilin yanvar-fevralında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb, bu da ötən illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ini təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Cari ilin yanvar-fevralında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,6 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 2,7 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manatlıq, o cümlədən 232 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188 manatlıq qeyri-ərzaq malları alıb.
 
Azərbaycanda inflyasiya 2024-cü ilin yanvarında 0,5%, 2023-cü ilin dekabrında isə 0,5% təşkil edib. 
 
2024-cü ilin yanvarında inflyasiya 2023-cü ilin yanvarı ilə müqayisədə 1,7% təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvarında 2023-cü ilin yanvarına nisbətən ərzaq məhsulları 0,7 faiz, qeyri-ərzaq məhsulları 1,7 faiz, xidmətlər 3,2 faiz bahalaşıb.

2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1% təşkil edib.
 
Aytac
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol