• $
  • €
  • ₽
  • ₺
  • £

Bu günün tələbəsi - Sabahın bankiri

Bu günün tələbəsi - Sabahın bankiri
21.02.2014 11:44

“Unibank  bu  2  ildə bizim üçün həm bank işində təcrübə imkanı yaratdı, həm də səmimi kollektiviylə doğma ünvan oldu. Bu müddətdə bankın bütün  departamentlərində və filiallarında təcrübə keçərək, bank sahəsindəki biliklərimizi təcrübədə daha da təkmilləşdirdik”- bunu  Unibankın “UniŞans-1” layihəsinin qalibi  Gülnar  Kərimova  deyir.  Gülnar və  onun kimi  müxtəlif  universitetlərin iqtisadi yönümlü ixtisaslarında təhsil alan 9  tələbə 2 ildir ki, Unibankın təqaüd proqramı olan “Unişans” layihəsi çərçivəsində bank işini öyrənirlər. “Unişans-1”in digər qalibi Dilbər Əhmədli isə deyir ki, Unibankda təcrübədə olduqları bu iki ildə öyrəndikləri, ali məktəbi bitirdikdən sonra onların iş tapmasını da asanlaşdıracaq. Bank təcrübə müddətində bu tələbələrə aylıq təqaüdlə yanaşı, proqramın sonunda sertifikat və tövsiyyə məktubu da təqdim edib. 

Qeyd edək ki, Unibankın təqaüd proqramı iqtisadi yönümlü ixtisaslar üzrə əyani şöbədə təhsil alan universitet tələbələri üçündür. Təqaüd proqramında 600-dən yüksək  bal toplamış 3 və 4-cü kurs tələbələri iştirak edə bilər. 

“Unişans”  proqramı tələbələr  arasından Azərbaycanın istedadlı gənclərinin üzə çıxarılmasına, həmin tələbələrin qabiliyyətlərinin inkişaf etdirilməsinə və gələcək bank mütəxəssislərinin hazırlanmasına, onların intellektual tərəqqisi üçün şərait yaradılmasına dəstək olmağa yönəldilib. İqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin professional inkişafı sahəsində layihələrə yardım “Unibank” KB -nin siyasətinin  istiqamətlərindən biridir. 

Unibank- hər kəsin bankı.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol