• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin gəlirləri artıb - Statistika

Əhalinin gəlirləri artıb - Statistika
18.02.2014 22:46
2014-cü ilin yanvar ayında əhalinin gəlirləri və ÜDM statistikası. “Qafqazinfo” xəbər verir ki, cari ilin yanvar ayında əhalinin gəlirləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2,6 milyard manat təşkil edib. Bunun hər nəfərə düşən həcmi orta hesabla 279,7 manat olmuş və 2,5 faiz artıb. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 3,8 faiz çox vəsait qalıb.Bundan əlavə komitənin yaydığı məlumata əsasən 2014-cü ilin ilk ayında ölkədə 4,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib, ÜDM-in əhalinin hər nəfərinə həcmi 465,6 manat və ya 593,6 ABŞ dolları təşkil edib. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 2,3 milyard manat və ya ÜDM-in 53,8 faizini təşkil edib. Ümumi daxili məhsulun müvafiq olaraq 46,2 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və 6,0 faiz azalıb.Yanvar ayında ÜDM-in 50,1 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,8 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 15,6 faizi sosial və digər xidmətlər sahəsində istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib. Qeyd edək ki, yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olub.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol