• $
  • €
  • ₽
  • ₺
  • £

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!
05.06.2024 14:06
ABB Dayanıqlı İnkişaf Məqsədləri (DİM), eləcə də ekoloji, sosial və korporativ idarəetmə (ESİ) ilə bağlı öhdəliklərinə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını təqdim edib. 

Qlobal Hesabatlılıq Təşəbbüsü (GRI) 2021 Standartlarının tövsiyələrini, eləcə də BMT-nin və digər beynəlxalq qurumların dayanıqlılıq üzrə təşəbbüslərini rəhbər tutaraq hazırlanmış hesabat ABB-nin "Yaşıl dünya naminə həmrəylik” çərçivəsində həyata keçirdiyi layihələrin davamıdır.

Dayanıqlı İnkişaf Hesabatında ABB-nin 2023-cü il ərzində sosial, ətraf mühit, iqtisadi, məsuliyyətli idarəetmə üzrə fəaliyyətinin nəticələri əks olunub. Bankın dayanıqlı inkişaf göstəriciləri son üç il üzrə müqayisəli şəkildə təqdim edilib. Beləliklə, oxuculara ABB-nin dayanıqlı inkişaf tendensiyalarını aydın şəkildə izləyərək təhlil etmək imkanı yaradılıb. 

Beynəlxalq audit şirkəti olan EY hesabatda açıqlanmış qeyri-maliyyə göstəricilərinin düzgünlüyü və şəffaflığı barədə müstəqil əminlik bəyannaməsi verib. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu hesabat ABB Maliyyə Qrupu olaraq son illərdə dayanıqlı inkişaf istiqamətində əldə etdiyimiz nailiyyətlərə ümumi baxışdır. "Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır. Nəticələrimizi qiymətləndirməyə, yeni hədəflərimizi müəyyənləşdirməyə kömək göstərir. Ənənəmizə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatımızda da məlumatların maksimum əhatəli olmasına çalışmışıq. Yanaşmalar yeni, standartlar beynəlxalq təcrübəyə uyğundur”. 

ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin tərkib hissəsi kimi bu il BMT-nin Qlobal Sazişinə də qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır.

Hesabatla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol