• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sənaye istehsalı 12% azalıb

Azərbaycanda sənaye istehsalı 12% azalıb
12.06.2024 17:10
Bu ilin yanvar-mayında Azərbaycanın sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 26,2 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az sənaye məhsulu istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
 
Son bir ildə neft-qaz sektorunda hasilat 0,2% azalıb, qeyri-neft-qaz sektorunda isə 7% artıb.

Sənaye məhsulunun 64,7% mədənçıxarma sektorunda, 29,3% emal sektorunda, 5,1% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9% su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,1% azalıb, su təchizatı, təmizlənməsi və tullantıların təmizlənməsi sektorunda isə 11,7% artıb.
 
Emal sektorunda tikinti materiallarının istehsalı 38,8%, kompüter, elektron və optik məhsulların istehsalı 37,5%, mebel istehsalı 36,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 36,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3%, əczaçılıq məhsullarının istehsalı 29,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7%, elektrik avadanlıqlarının istehsalı 22,2%, geyim istehsalı 21,3%, tütün məmulatlarının istehsalı 18,4%, içkilərin istehsalı 16,0%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,0%, hazır metal məmulatlarının istehsalı 10,2%, neft məhsullarının istehsalı 7%, kimya sənayesi məhsullarının istehsalı 5,1%, qida məhsullarının istehsalı 4,1%, kağız və karton istehsalı 2,7% artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 7,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 11,1%, poliqrafiya məhsullarının istehsalı 16,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,4%, sair nəqliyyat vasitələrinin istehsalı 18,4%, maşın və avadanlıqların istehsalı 19,5%, sair sənaye məhsullarının istehsalı isə 67,5% azalıb. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,1 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,7 faiz arıb.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol