• $
  • €
  • ₽
  • ₺
  • £

Əmlak bazarında süni bahalaşma

Əmlak bazarında süni bahalaşma
13.02.2014 11:02
“Sovetski” adlanan ərazidə (Nərimanov prospekti və ətraf küçələr) yaşayış massivlərinin sökülməsi fonunda daşınmaz əmlak bazarında spekulyasiyaların artması ehtimalı böyükdür.Marja xəbər verir ki, bunu  “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.Həmin ərazidə 1 kvadratmetr yaşayış sahəsinə görə 1500 manat həcmində kompensasiya ödəniləcək. Yardımçı sahələr üçün kompensasiyanın həcmi isə təqribən 750-800 manat olacaq.Onun sözlərinə görə, bazarda təkliflər portfeli azalır:“Halbuki evlərin sökülməsi ilə mənzilə tələbat kəskin artır. Bu, ilkin mənzil bazarına toxunmayacaq, çünki tikinti şirkətləri inşa etdikləri mənzillərin satışında maraqlıdırlar. Təkrar mənzil bazarına gəlincə, burada satıcılar əksinə, mənzilin mümkün qədər baha satılmasında maraqlıdırlar”.N.İbrahimov hesab edir ki, şəhərin müəyyən rayonlarında köhnə yaşayış evlərinin zəlzələyə dözümsüzlüyü, yenidən zəlzələ baş verməsi ehtimalının yüksək olması və ya hansısa inzibati qadağalar barədə müxtəlif məlumatların yayılması vəziyyəti gərginləşdirə və qiymətləri daha da artıra bilər:“Hadisələrin bu cür ssenarisi cari ilin ortalarınadək mənzillərin qiymətinin 20% artacağını istisna etmir”.Dünən KİV-in yaydığı məlumatlarda bildirilirdi ki, Azərbaycan Mərkəzi Bankı (AMB) guya mənzil almaq üçün kreditlərin verilməsinə qadağa qoyub.O da qeyd edilirdi ki, bu qadağa banklardan yan keçməklə fərdi müqavilə əsasında müştərilərə kreditə mənzil satan tikinti şirkətlərinə də şamil edilir.Bazar iştirakçıları, ekspertlər və tənzimləyici bu məlumatı təkzib etdilər. AMB-nin mətbuat xidmətindən verilən məlumata görə, yayılan məlumat həqiqəti əks etdirmir: “Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən kredit təşkilatlarından başqa, digər strukturlara göstəriş vermək səlahiyyəti yoxdur. Banklara da belə təlimat verilməyib”.Ölkənin bəzi iri bankları da qadağa ilə bağlı yayılan məlumatl təkzib edərək bəyan ediblər ki, mənzil kreditləşməsi bazarında vəziyyət dəyişməyib.N.İbrahimov vurğulayıb ki, mənzillərin qiymətinin bahalaşması 2014-cü ildə də davam edəcək:“Bazarda təkliflərin ehtimal olunan, həmçinin davam edən azalması belə proqnoz verməyə əsas verir.Bakının ilkin və təkrar mənzil bazarlarında qiymətlər cari ilin yanvarında 3% artıb. Ötən il təkrar mənzil bazarında qiymətlər təqribən 20% artıb, ilkin mənzil bazarında isə 1 kvadratmetr sahənin qiyməti 30 faizə yaxın bahalaşıb. Bu tendensiya davam edir. Şəhərdə söküntü işlərinin genişlənməsi və tikinti işlərinin həcminin azalması sayəsində qiymətlərdə artım olub”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol