• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət neft fondunun gəlirləri artıb

Dövlət neft fondunun gəlirləri artıb
06.08.2024 13:52
2024-cü ilin yanvar-iyulunda  "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə edilən mənfəət  nefti və "Şahdəniz” yatağından əldə olunan mənfəət qaz və kondensatın satışından Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) daxilolmalar 3 milyard 972,165 milyon dollar təşkil edib ki,  bu da ötən ilin eyni dövrü  ilə müqayisədə 25%  çoxdur. 

Cari ilin ilk 7 ayında Böyük Britaniyanın BP şirkətinin operatorluğu ilə istismar edilən AÇG blokundan mənfəət neftin satışından əldə edilən gəlir 3 milyard 607,7 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.  

"Şahdəniz" yatağından hasil edilən mənfəət qazın satışından əldə edilən gəlir isə 2024-cü ilin yanvar-iyulunda  250,587 milyon dollar olub. Bu da ötən ilin eyni dövrünün göstəricisindən  3,5 dəfə çoxdur. 

Şahdənizdən hasil edilən kondensatın satışından əldə olunan gəlir 113,878 milyon dollar və ya keçən ilin 7 ayından 2,3 dəfə çox olub. 
 
Azərbaycan Neft Fonduna neft və qaz müqavilələrinin icrasından, xüsusilə də mənfəət neftinin və qazının satışından, neftin və qazın ölkə ərazisindən daşınması üçün tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. gəlirlər toplanır.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol