• $
  • €
  • ₽
  • ₺
  • £

Peykimizin orbitə buraxılmasından 1 il ötür

Peykimizin orbitə buraxılmasından 1 il ötür
08.02.2014 09:58
Azərbaycanın "Azerspace/Africasat-1a" ilk telekommunikasiya peykinin orbitə buraxılmasından 1 il ötür.Məlumata görə, Azərbaycan 2013-cü il fevralın 8-dən beynəlxalq kosmik klubun üzvü olub. Azərbaycan MDB-də üçüncü, regionda isə birinci ölkədir ki, öz peyki var.Peykin orbitə buraxılması ölkənin sosial-siyasi və iqtisadi sahələr daxil olmaqla müxtəlif sahələrdə əldə etdiyi uğurların təsdiqidir."Azerspace/Africasat-1a" telekommunikasiya peyki Fransanın "Arianespace" raketdaşıyıcısının köməyi ilə Qviana Kosmik Mərkəzindən (Kuru kosmodromu) həyata keçirilib. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək."Azerspace/Africasat1a"-nın xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.Peykin orbitə çıxarılması Azərbaycanın kosmik sənaye ölkəsinə çevrilməsi üzrə perspektiv layihələrin həyata keçirilməsində ilk addım oldu. Milli peykin olması keyfiyyətli və etibarlı rabitə əlaqəsi yaratmağa, "VSATmultiservis" şəbəkələrinin yaradılmasını təmin etməyə, rəqəmsal teleradioyayım xidmətlərini və internet şəbəkəsinə çıxışı təqdim etməyə, həmçinin informasiya təhlükəsizliyini təmin etməyə və vahid informasiya məkanı formalaşdırmağa imkan verir.Gələcəkdə "Azerspace/Africasat-1a" peykinin resursları Azərbaycan və Xəzər regionunun enerji resurslarını dünya bazarlarına tədarük etmək üçün istifadə edilən neft-qaz kəmərləri layihələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq ediləcək."Azerspace/Africasat-1a" peykinin istismarından əldə edilən gəlir 420 milyon dollar səviyyəsində gözlənilir."Azerspace/Africasat-1a" peykinin orbitə buraxılması ilə qarşıdakı 15 il ərzində 650 milyon dollar gəlir əldə ediləcək.2013-cü ilin 8 ayının yekunu üzrə (peykin kommersiya istismarı mayda başlayıb) I peyk proqramından əldə olunan gəlirlər 10 milyon dollar olub.Hazırda "Azərkosmos" ASC peykin 50 faizdən çox resursunu reallaşdırıb. Peykin köməyi ilə 70-dən artıq televiziya və radiokanal yayımlanır.Azərbaycanın gələcək planlarına "Azerspace-2" II telekommunikasiya peykinin orbitə buraxılması daxildir. II peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.Azərbaycanın II peyk proqramı da kommersiya xarakteri daşıyacaq. Peyk rəqəmsal TV xidmətlərini təqdim etmək, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub.Yerin məsafədən zondlaşdırılması, kartoqrafik və geoloji araşdırmalar və digər işlər üçün peyklərin istifadəsi də önəmli məsələdir.Azərbaycan 2015-ci ildə aşağıorbitli peyki orbitə buraxmağı planlaşdırır.//Trend
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol