• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İsveçrədən sərnişin vaqonları alacaq

Azərbaycan İsveçrədən sərnişin vaqonları alacaq
07.02.2014 15:09

Azərbaycan dəmir yollarında sərnişindaşıma təsərrüfatının yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhərində yeni sərnişin vaqonları istehsal edəcək zavodun tikintisi planlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, artıq İsveçrənin «Stadler» şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyi və «Azərbaycan Dəmir Yolları» QSC səviyyəsində danışıqlar aparılıb: «Hazırda həmin şirkətlə texniki sənədlər və layihələr işlənilir. Məqsədimiz bu il bu layihəni tam yekunlaşdırıb işə başlamaqdır». Q.Nəzirov deyib ki, bundan başqa, «Azərbaycan Dəmir Yolları» bu il həmin şirkətdən 30 sərnişin vaqonu almağı planlaşdırır: «Artıq 2014-cü ilin dövlət büdcəsindən bunun üçün 30 mln. manat ayrılıb. Bu müqavilə bağlandıqdan sonra «Stadler» şirkəti Azərbaycan dəmir yolları üçün 30 sərnişin vaqonunun istehsalına başlayacaq». İdarənin rəis müavini qeyd edib ki, gələcəkdə həmin şirkət bu vaqonların texnologiyasına uyğun olaraq Gəncə şəhərində bu tip vaqonların istehsalına başlayacaq: «Hesab edirəm ki, bununla da Azərbaycan dəmir yollarında olan sərnişin təsərrüfatının bütün problemləri həll olunacaq. Gəncə şəhərində yeni tikiləcək vaqon zavodu isə həm əhali, həm də dəmiryolçular üçün əlavə iş yerlərinin açılmasına imkan yaradacaq». Q.Nəzirov əlavə edib ki, ölkəyə gətiriləcək 30 ədəd yeni sərnişin vaqonu və gələcəkdə bu zavodda istehsal ediləcək yeni vaqonların Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə istismara buraxılacağı nəzərdə tutulub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol